Br - Brom orqanizmdə proseslərin aktivliyini və tarazlığını, homeostaz vəziyyətini tənzimləyir. Lugela tərkibində normativ miqdarda təqdim olunub.
Mg - Maqnezium əzələləri və sinirləri boşaldır, stresi, narahatlığı aradan qaldırır, yuxunu yaxşılaşdırır. Ürək-damar sisteminin işinə, ürək ritminə nəzarət edir, arterial təzyiqi tənzimləyir, hipertenziyanın inkişafının qarşısını alır. Maddələr mübadiləsi və enerji mübadiləsini tənzimləyir, karbohidratları və yağları enerjiya, fiziki aktivliyə çevirir. Sümüklərin metabolizmini tənzimləyir, osteoporozun qarşısını alır. Zülalların, DNT və RNT-nin sintezində, hüceyrələrin böyüməsi və bərpasında, qlükoza və insulinin metabolizmində, şəkər diabetinin nəzarətində iştirak edir.
Na - Natrium hüceyrə və toxumalarda optimal su tərkibini tənzimləyir, qan dövranı sistemində lazım olan su səviyyəsini təmin edir, pH səviyyəsini, qan təzyiqini, mədə-bağırsaq, ürək-damar, sinir və əzələ sistemlərinin işini tənzimləyir.
K - Kalium kalsiumun sümük toxumasından “yuyulmasına” imkan vermir, osteoporoz riskini azaldır, sümükləri möhkəmləndirir. Ürəyin, əzələlərin və sinirlərin işini tənzimləyir, su-duz balansını dəstəkləyir və arterial təzyiqə nəzarət edir.
P - Fosfor sümük toxumasının strukturunu qoruyur, hüceyrə bölünməsində, enerji istehsalında, sinir sisteminin və idrak funksiyalarının dəstəklənməsində iştirak edir.
Si - Kremniy insan orqanizminin daxili orqan və sistemlərinin fəaliyyətini dəstəkləyir. Bağları və oynaqları möhkəmləndirir. Sümük toxuması üçün lazım olan maddələrin balansını qoruyur. Damar divarlarını möhkəmləndirir, dərinin quruluşuna təsir edir. İmmun sisteminin işində iştirak edir, iltihabəleyhinə sitokinlərin sintezinə təsir göstərir. Alüminiumun və toksik birləşmələrin damarlarda çökməsinə mane olur. Beynin fəaliyyətinə müsbət təsir edir.
L - Lantanoidlər güclü antioksidantlardır və sümüklərin xəstəliklərinin, osteoporozun profilaktika və müalicəsində onlara bərabər yoxdur. Lantanoidlər qan laxtalanmasının qarşısını alır. İnsan orqanizmində lantanoidlər şişlərdə toplanır və onlarda kalsium, maqnezium və fosfor mübadiləsini pozur. Onların şişəleyhinə aktivliyinə bərabər yoxdur. Lantanoidlər dərinin detoksikasiyasına, dəri homeostazının bərpasına və saxlanmasına kömək edir. Lantanoidlər, kalsiumla birlikdə, toksik birləşmələrin molekulyar bağlarını dağıdır, bununla da kimyəvi agentlərin səbəb olduğu kəskin iltihabları aradan qaldırır. Lantanoidlər hüceyrələrin DNT səviyyəsində mutasiyalarının qarşısını alır.
Lugela haqqında nə deyirlər